ABŞ-ın Azərbaycandakı səfiri təsdiq olmadığı üçün ölkəsinə qayıtdı

ABŞ-ın Azərbaycandakı səfiri təsdiq olmadığı üçün ölkəsinə qayıtdı

5 Yanvar 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verir ki, Azərbaycandakı diplomatik missiyası başa çatan ABŞ səfiri Metyu Brayza yanvarın 3-də ölkəni tərk edib. Belə ki, ABŞ Senatı M.Brayzanı səfir vəzifəsinə təsdiqləməyib. Səfir dekabrın 29-da Bakıda keçirdiyi mətbuat konfransında bildirmişdi ki, səfir vəzifəsinə təsdiqlənməsinə dair səsvermə keçirilməsə, yanvarın 3-nə qədər Azərbaycanı tərk etmək məcburiyyətində qalacaq. Yeni səfir təyin olunana qədər ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini Adam Sterlinq icra edəcək.

O.M.