Siyasi müxalifət Coca-cola şirkətini köməyə çağırdı

Siyasi müxalifət Coca-cola şirkətini köməyə çağırdı

4 Yanvar 2012 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Svazilend dövlətinin müxalifət qüvvələri "Coca-Cola"ya yazılı şəkildə müraciət ediblər ki, şirkət ölkənin siyasi həyatına müdaxilə etsin. Daha doğrusu, islahatlara razılıq verməyən krala təzyiq etsin. BBC-nin məlumatına görə, "Coca-Cola" Svazilendin ən böyük səhmdarıdır. Daha doğrusu, cırtdan dövlətin büdcəsinin 40%-ni məhz bu şirkət təmin edir. BBC kanalına müsahibələrində müxaliflər ölkədəki siyasi vəziyyəti dözülməz adlandırıb, CAR-dakı aparteidlə müqayisə ediblər. Belə ki, kralın qərarı ilə Svazilend dövlətində bütün növ partiyalar qadağan edilib. Məhz buna görə də müxaliflər "Coca-Cola" şirkətindən kömək istəyiblər.

Qeyd edək ki, "Coca-Cola" şirkətinin nizamnaməsində və bəyanatlarında bildirilir ki, şirkət fəaliyyət göstərdiyi ölkələrin siyasi işlərinə qarışmır.

Deyəsən, Svazilenddə satılan "Coca-Cola"nın qazı çox olub...

Murad Şahməmmədov

O.M.