Yuliya Timoşenkonun qızını onun yanına buraxmadılar

Yuliya Timoşenkonun qızını onun yanına buraxmadılar

3 Yanvar 2012 18:04
Bəyəndim (0) Bəyənmədim (0)
Hüquq müdafiəçisi Yevgeniya Timoşenkonun məhkəmə sənədinə məhəl qoyan olmadı

Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenkonun qızı Yevgeniya onu Xarkovdakı Kaçanovsk təcridxanasında ziyarət etmək istəyirdi. İnterfax xəbər agentliyinin məlumatına görə, qızı anasının yanına buraxmadılar. "Mən anamı görmək üçün səhər saat 9:00-da təcridxanaya gəldim. Əlimdə məhkəmənin qərarı olsa da, məni içəri buraxmadılar. Mən hüquq müdafiəçisi olduğum üçün Lukyanovskdakı təcridxanaya daxil ola bilirdim. Bu gün məni nədənsə Kiyevə göndərdilər ki, müstəntiqdən giriş vərəqəsi alım", - deyə jurnalistlərə açıqlama verən Yevgeniya Timoşenko sözlərinə əlavə etdi: "Müstəntiq telefon zənglərimə cavab vermir. Mütləq Kiyevə onunla görüşməyə getməliyəm". Sabiq Baş nazirin qızı çıxışı zamanı anası ilə 10 yanvara qədər görüşə bilməyəcəyinə əmin olduğunu vurğuladı.

O.M.