Günün fotosu
Günün videosu
Şərhsiz
VİDEO-Qərb Rusiyadakı prezident seçkilərinə gülür

VİDEO-Qərb Rusiyadakı prezident seçkilərinə gülür

3 Yanvar 2012 14:54
878
Bəyəndim (0) Bəyənmədim (0)
Medvedevin dostu olan Obamanın Putindən xoşu gəlmir

Rusiyanın yeni prezidenti 04 mart günü seçiləcək. Əlbəttə ki, bu, rəsmi statistikadır. Pərdə arxasında hamı əmindir ki, Vladimir Putin artıq 12 ildir prezidentdir. Sadəcə, bir müddət kabinetini Nazirlər Kabinetindəki kabinetlə əvəz edib. İlk baxışdan heç nə dəyişməsə də, əslində çox şeylər artıq dəyişməkdədir. Le Monde qəzetinin məlumatına görə, V.Putin sələfi və xələfi olan D.Medvedevdən qətiyyəti ilə fərqlənir. Onun Avrasiya adlı yeni dövlət yaratmaq istəyi Qərbi qorxuya salıb. Bundan başqa, Rusiya 9 aylıq sükutundan sonra BMT Təhlükəsizlik Şurasında Suriya iqtidarının maraqlarına xidmət edən absurd bir təkliflə çıxış edib. Ümumiyyətlə, Rusiya iqtidarı müttəfiqləri olan Ərəb diktator rejimlərinin devrilməsinə qarşıdır. Rusiya 2007-ci il müqaviləsinə əsasən bu günlərdə Suriyaya qırıcı təyyarələr göndərib. Rusiyanın bu ölkənin Tartus limanında hərbi bazası yerləşir ki, bu yaxınlarda ora "Admiral Kuznetsov" təyyarə gəmisi göndərilib. Le Monde qəzetinin fikrincə, Barak Obama Dmitri Medvedevlə dost idi. Vladimir Putindənsə onun xoşu gəlmir. Bu baxımdan Hillari Klintonla V.Putin arasında yaranmış qalmaqalı təsadüf saymaq olmaz.

Son söz əvəzi olaraq "Эхо Москвы" radio kanalının hazırladığı video çarxı sizlərə təqdim edirik.

Murad Şahməmmədov

O.M.