Barak: "Yaxın həftələr ərzində Bəşər Əsəd rejimi iqtidardan gedəcək"

Barak: "Yaxın həftələr ərzində Bəşər Əsəd rejimi iqtidardan gedəcək"

3 Yanvar 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Müdafiə naziri Ehud Barak əmindir ki, yaxın həftələr ərzində Suriyada Bəşər Əsəd rejimi iqtidardan gedəcək. Dünən keçirdiyi mətbuat konfransında Barak bu məsələyə ətraflı toxunaraq deyib: "İsrail Bəşər Əsədin devrilməsinə hər an hazır olmalıdır. Belə ki, böyük ehtimalla Qolan yüksəkliklərində gərginlik artacaq. Ümumiyyətlə, Əsəddən sonra Suriyanın gələcəyi haqda düşünmək mənasızdır."

Müdafiə nazirindən fərqli olaraq, İsrailin Xarici İşlər nazirinin müavini Dani Ayalon isə düşünür ki, Bəşər Əsəd Rusiyanın dəstəyi ilə hələ uzun müddət vəzifədə qalacaq.
Xatırladaq ki, bu yaxınlarda İsrail iqtidarı ilə müxalifət partiyaları Suriya hadisələrinə görə, əməkdaşlıq sənədinə imza atıblar. Həmin sənəd Bəşər Əsəd iqtidardan gedənə kimi qüvvədə qalacaq.
O.M.