ƏDL: "Ərəb Dövlətləri Liqasının Suriyadakı missiyası Bəşər Əsəd iqtidarına xidmət edir"

ƏDL: "Ərəb Dövlətləri Liqasının Suriyadakı missiyası Bəşər Əsəd iqtidarına xidmət edir"

2 Yanvar 2012 19:07
Bəyəndim (0) Bəyənmədim (0)
Suriya ordusu iri şəhərlərdən çıxmağa başladı

Ərəb Dövlətləri Liqasına (ƏDL) istinadən İnterfax xəbər agentliyinin yaydığı məlumata görə, bu gündən etibarən Suriya qoşunları ölkənin iri şəhərlərini tərk etməyə başlayıb. Bununla belə, şəhərətrafı qəsəbə və kəndlərdə silah səsləri səngimək bilmir və şəhər mərkəzlərində snayperlərin hədəfinə çevrilmək ehtimalı qalır.

Xatırladaq ki, ƏDL məşvərət şurası bazar günü təşkilatın rəhbərini Suriyadakı missiyanı geri çağırmağa dəvət edib. Sənəddə bildirilir ki, missiyanın qeyri effektiv fəaliyyəti Bəşər Əsəd rejimi üçün qalxan rolunu oynayır və ona xidmət edir.

O.M.