ABŞ-da İsrailə qarşı etiraz – “Fələstinin işğalı sona çatmalıdır”

ABŞ-da İsrailə qarşı etiraz – “Fələstinin işğalı sona çatmalıdır”

6 İyun 2018 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzza sektorunda fələstinlilərin aksiyasına dəstək verən jurnalistlər və tibb işçilərinə qarşı hücumu ABŞ-ın Çikaqo ştatında etirazla qarşılanıb.

Azadinform xəbər verir ki, İsrailin Vaşinqtondakı konsulu Ron Dermerin Çiqako səfəri zamanı baş tutan etiraz aksiyana 100-dən çox insan qatılıb. Aksiyada İsrailin bölgədə gerçəkləşdirdiyi hücumlar soyqırım adlandırılıb.

Fərqli mədəniyyətdən, coğrafiyadan onlarla insanı bir araya gətirən aksiyada İsrail əsilli amerikalı və yəhudilər də iştirak edib. Aksiya zamanı "Fələstinin işğal sona çatmalıdır", "Qüdsün İsrailin paytaxtı olması qəbul edilməməlidir", "Ədalət bərpa edilmədikcə müqəddəs torpaqlarda sülh olmaz" kimi şüarlar səsləndirilib.