ABŞ-dan İrəvana mesaj: Rusiyanı qovun, 8 milyard verək

ABŞ-dan İrəvana mesaj: Rusiyanı qovun, 8 milyard verək

5 İyun 2018 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Keçən illə müqayisədə Ermənistanın enerji sektoruna ABŞ-ın investisiya yatırma imkanları artıb.

Bunu İrəvanda jurnalistlərə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz deyib.

"Mən yeni hökumətin nümayəndələri ilə görüşmüşəm və düşünürəm ki, onlar energetika bazarının liberalizasiyasını istəyirlər. Məhz bu bizə lazımdır", – deyə o bildirib.

Qeyd edək ki, Ermənistan mətbuatı ABŞ-ın Ermənistanın energetika sektoruna 8 milyard dollar yatırmağa hazır olduğunu bəyan etmişdi. Hazırda Ermənistanın energetika sektoru tam olaraq Rusiyanın nəzarətindədir. Ölkədə əhaliyə enerji satışını Ermənistan Elektrik Şəbəkələri Qapalı Səhmdar Cəmiyyəti həyata keçirir. Bu şirkətin özü isə rusiyalı milyarder Samvel Karapetyanın "Taşir" şirkətinə məxsusdur.