Tiflisdə metro işçilərinin tətili davam edir

Tiflisdə metro işçilərinin tətili davam edir

5 İyun 2018 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Tiflisdə metro maşinistlərinin tətili davam edir.

Mediainfo.az-ın axar.az-a istinadən verdiyi xəbərə görə, Tiflis meri Kaxa Kaladzenin maşinistlərlə apardığı danışıqlar nəticəsiz qalıb. Maşinistlərin tətilinə görə Tiflisdəki avtobus dayanacaqlarında böyük tıxaclar yaranıb. İnsanların öz iş yerlərinə getməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, maşinistlərin tətili dünəndən başlayıb. Etirazlara metronun demək olar ki, bütün maşinistləri qoşulub. Maşinistlər əmək haqlarının 45% artırılaraq 870 dollara çatdırılmasını tələb ediblər.

Maşinistlərin etirazından sonra şəhərdə yaranacaq nəqliyyat kollapsının qarşısının alınması üçün meriya avtobusların insanlar üçün pulsuz fəaliyyət göstərəcəyi açıqlayıb. Meriya həmçinin maşinistlərin maaşlarının qaldırılması üçün kifayət qədər imkanlara sahib olmadığını deyib.