Türk ordusu PKK-nın silah-sursat dəhlizini bağladı

Türk ordusu PKK-nın silah-sursat dəhlizini bağladı

5 İyun 2018 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri (TSQ) Qəndil bölgəsində terrorçulara qarşı keçirilən əməliyyatlar nəticəsində mühüm mövqelərə nəzarəti ələ keçirib.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, artıq Qəndil dağındakı PKK bazasına 20 kilometrdən də az məsafə qalıb. Ordunun yeni əraziləri ələ keçirməsindən sonra PKK-nın ABŞ-dan silah-sursat aldığı dəhliz bağlanıb.

Terror təşkilatının liderlərinin bir qisminin artıq Avropaya qaçdığı, bir qisminin də qaçış planı hazırladığı bildirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bir müddətdir Qəndildə PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirir.