Suriyada ABŞ hərbi bazasında partlayış — Ölənlər var

Suriyada ABŞ hərbi bazasında partlayış — Ölənlər var

4 İyun 2018 17:35
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Ayn-İsa yaşayış məntəqəsi yaxınlığındakı ABŞ və Fransa hərbi bazaları yaxınlığında partlayış baş verib.

Mediainfo.az "Ölkə.Az" -a istinadən xəbər verir ki, bazalar Rakka vilayətində yerləşir. Naməlum şəxslər bazaların yaxınlığında partlayıcı qurğu yerləşdiriblər.

Suriya Demokratik Qüvvələrinə məxsus avtomobil keçəndə mina işə düşüb. Partlayış vaxtı bazada 200 amerikalı və 75 fransız əskər olub. Bir nəfər həlak olub.