Putin Şimali Koreya liderini Rusiyaya dəvət edib

Putin Şimali Koreya liderini Rusiyaya dəvət edib

4 İyun 2018 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Yonq-Unu Rusiyaya dəvət edib.

Azadinform xəbər verir ki, Putin Şimali Koreya liderini bu ilin sentyabr ayında Rusiyanın Vladivostok şəhərində keçirilməsi nəzərdə tutulan foruma dəvət edib. Bildirilir ki, dəvət məktubu Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən çatdırılıb. Kim Yonq-Unun dəvəti qəbul edib-etməyəcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, S. Lavrov mayın 31-də Şimali Koreyada Kim Yonq-Unla görüşüb. Görüş zamanı iki ölkə arasındakı əlaqələr və Koreya yarımadası ətrafında baş verən proseslər müzakirə edilib.