Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək

4 İyun 2018 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcəkdir.

Bu barədə Mediainfo.az saytına MN Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri ilə MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri müzakirə olunacaqdır.