Türkiyə PKK-nın kökünü kəsir

Türkiyə PKK-nın kökünü kəsir

4 İyun 2018 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri (TSQ) uğurlu əməliyyatlardan sonra Qəndil bölgəsinin mərkəzinin cəmi 22 kilometrliyində qərarlaşıb.

Mediainfo.az axar.az-a istinadən verir ki, ağır itkilər verən PKK terrorçuları indi müdafiə vəziyyətinə keçib.

Bildirilib ki, türk ordusunun məqsədi burada mövcud olan dağ silsilələrindən Türkiyə ərazisinə terrorçuların keçidinin qarşısını almaqdır.

Qeyd edək ki, bir müddətdir TSQ ərazidə uğurlu əməliyyatlar həyata keçirir.