Pompeo və Çavuşoğlu Menbiçi müzakirə edəcəklər

Pompeo və Çavuşoğlu Menbiçi müzakirə edəcəklər

4 İyun 2018 09:07
123
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibi Mayk Pompeo iyunun 4-də Vaşinqtonda Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq. APA-nın Türkiyə XİN-nə istinadən verdiyi xəbərə görə, danışıqların əsas mövzusu Suriyanın Mənbic şəhərinə dair yol xəritəsinin razılaşdırılmasıdır.

"Nazir dövlət katibi Mayk Pompeonun dəvəti ilə 3-4 iyun tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq. Danışıqlar zamanı, Mənbicə dair yol xəritəsi də daxil olmaqla, Suriyaya ilə bağlı məsələlər, ikitərəfli münasibətlər habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Mövlud Çavuşoğlu səfər çərçivəsində ABŞ-dakı türk və müsəlman icmalarının üzvləri, Amerikanın işgüzar dairələrin, analitik mərkəzlərin və KİV nümayəndələri ilə görüşəcək.