ABŞ-ın müdafiə naziri Çinə səfər edəcək

ABŞ-ın müdafiə naziri Çinə səfər edəcək

2 İyun 2018 07:10
93
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Çinə rəsmi səfər edəcək.

Mediainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqon rəhbəri Sinqapurda səfərdə olarkən bəyan edib

"Çin hökumətinin dəvəti ilə iyunun sonunda Pekinə səfər edəcəm. ABŞ Çinlə mümkün olduğu qədər əməkdaşlığa hazırdı", deyə C.Mettis bildirib.

O, həmçinin rəsmi Pekini Cənub-Çin dənizində beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb. "Çinin regionda aparıcı rol oynamağa haqqı var, lakin bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmaq şərti ilə", deyə C.Mettis vurğulayıb.