Azərbaycan və Türkiyə orduları Qarsda hərəkətə keçdi

Azərbaycan və Türkiyə orduları Qarsda hərəkətə keçdi

2 İyun 2018 06:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin 29-31 may tarixlərində Qars şəhərində birgə hərbi təlimləri baş tutub.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Hərbi təlimlərin məqsədinin qüvvələrin koordinasiyasının təşkili və iki ölkənin quru qoşunları arasında təcrübə mübadiləsinin aparılması olduğu göstərilib.

Qeyd edək ki, təlimlərə ordumuzun mexaniki piyada alayı göndərilib.