ABŞ və Rusiya prezidentlərinin görüşü planlaşdırılır

ABŞ və Rusiya prezidentlərinin görüşü planlaşdırılır

2 İyun 2018 06:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinin görüşünü planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə "Wall Street Journal" qəzeti Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hazırda iki ölkə lideri arasında görüşün keçirilməsi imkanları ilə bağlı ilkin danışıqlar aparılır.

Bundan əvvəl V.Putinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, noyabrda baş tutacaq "G 20" ölkələrinin sammitinədək Putin-Tramp görüşünün keçirilməsi məsələsi gündəmə gətirilməyəcək