Paşinyan “Banan Miqran”ı hədəf seçdi

Paşinyan “Banan Miqran”ı hədəf seçdi

1 İyun 2018 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan parlamentinin deputatı Miqran Poqosyanın 2 şirkətində axtarış aparılıb.

Axar.az xəbər verir ki, Ermənistanın təhlükəsizlik orqanları erməni oliqarxın şirkətlərində 21 apreldə baş verən insidentlərdə istifadə olunmuş "Porşe" markalı avtomobilləri axtarıb. Aprelin 21-də baş verən hadisə zamanı naməlum şəxslər sözügedən avtomobillərdən enərək aksiyalarda iştirak edən müxaliflərin maşınlarına ziyan vuraraq aradan çıxıblar.

Qeyd edək ki, Miqran Poqosyan məhkəmə aktlarının məcburi icrası xidmətinin keçmiş rəhbəri, Ermənistan parlamentinin Respublika Partiyasından olan millət vəkilidir. Ədliyyə general-mayoru olan Poqosyan Ermənistanın məşhur oliqarxlarından sayılır. Ermənistana banan idxalı sahəsində öz monopoliyasını quran oliqarx xalq arasında "Banan Miqran" kimi tanınır.