BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi

1 İyun 2018 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 1-dən etibarən bir ay ərzində BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyaya keçir.

Mediainfo.az azvision.az-a istinadən xəbər verir ki, TŞ-nın daimi üzvü olan Rusiyanın sədrliyi ilə ilk iclasın elə bu gün Nyu-Yorkda keçirilməsi planlaşdırılır. İclasda BMT TŞ-nın yaxın bir ay ərzindəki iş proqramının təsdiq olunması gözlənilir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, qlobal sülh və təhlükəsizliyin qorunması çərçivəsində, hazırda ən çox münaqişələrin qeydə alındığı Yaxın Şərq və Şimali Afrikadakı vəziyyət iyun ayında TŞ-nın diqqət mərkəzində olacaq.

Qeyd edək ki, Rusiya sonuncu dəfə 2016-cı ildə BMT TŞ-na sədrlik edib.