İlham Əliyev Çexiyanın eks baş nazirini qəbul edib

İlham Əliyev Çexiyanın eks baş nazirini qəbul edib

20 Aprel 2011 10:02
948
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən prezident İlham Əliyev Çexiya Respublikasının keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolaneki qəbul edib.

Çexiyanın keçmiş Baş naziri, "VAE Controls" şirkətinin Direktorlar Şurasının sədri Mirek Topolanek Bakıda çox böyük inkişafın şahidi olduğunu və burada aparılan quruculuq işlərinin onda dərin təəssürat yaratdığını söyləyib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirek Topolanek ilə Praqada keçirilən "Cənub Dəhlizi-Yeni İpək yolu" sammitindəki görüşü məmnunluqla xatırlanıb, dövlətimizin başçısının həmin sammitdə iştirakının önəmi qeyd olunub və Azərbaycan ilə Çexiya arasında işgüzar əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Azərbaycana duyulan maraq artmaqdadır. Bu, bizim inkişafımızın və qonaqpərvərliyimizin nəticəsidir.

Elvin Babayev

O.M.