Raul Kastro Kubanı dəyişmək istəyirmi?

Raul Kastro Kubanı dəyişmək istəyirmi?

20 Aprel 2011 08:39
Bəyəndim (0) Bəyənmədim (0)


ИТАР-ТАССın dünən yaydığı məlumata görə, Dövlət Şurasının və Nazirlər sovetinin başçısı Raul Kastro Kuba Kommunist partiyasının birinci katibi seçilərək faktiki surətdə ölkənin 1-ci şəxsinə çevrildi. Ona qədər bu vəzifəni Raulun böyük qardaşı Fidel Kastro tuturdu.

Kuba Kommunist partiyasının 6-cı qurultayından canlı yayım verən dövlət televiziyası yoldaş Kastronun çıxışlarına geniş yer ayırdı.

Belə ki, Raul Kastro yüksək kürsüdən Kubada 5 il ərzində sosial-iqtisadi islahatlar aparacağına söz verdi. Bununla belə, Kubada kapitalizm quruluşunun bərqərar olunmasına imkan verməyəcəyini söylədi.

Yeni rəhbər arxayındır ki, kubalılar Yaxın Şərq xalqları kimi üsyana qalxmayacaqlar. Çünki aclıqdan taqətləri qalmayıb...

Natiq Qocaman

O.M.