Türkiyədən Fransaya: PKK-nın yanında olsanız...

Türkiyədən Fransaya: PKK-nın yanında olsanız...

30 Mart 2018 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın PYD-YPG terror qruplaşmalarına dəstək barədə zəmanət verməsi Türkiyəyə hücum edən terrorçularla açıq şəkildə həmrəylik və əməkdaşlıq deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

"Terror qruplaşmaları ilə Türkiyəyə qarşı əməkdaşlıq və həmrəylik göstərənlər, terrorçularla birlikdə Türkiyəyə hücum edənlər onlarla eyni rəftarın şahidi olar, Türkiyənin hədəfinə çevrilər. Ümid edirik ki, Fransa rasional olmayan belə bir addımı atmaz. Terror qruplaşmalarının dostluğunu Türkiyənin dostluğundan üstün tutanlar, gec ya da tez, dostları ilə birlikdə məğlub olacaqlar", - Bozdağ bildirib.

Qeyd edək ki, Fransa Türkiyə ilə SDQ arasında vasitəçilik vəzifəsini həyata keçirməyə hazır olduğunu açıqlamışdı.