Rusiya Baş Konsulluğunun toxunulmazlığı ləğv edildi

Rusiya Baş Konsulluğunun toxunulmazlığı ləğv edildi

30 Mart 2018 09:02
100
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hökuməti Rusiyanın Sietl şəhərindəki Baş Konsulluğunun toxunulmazlığını ləğv edib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş konsul Valeriy Timaşov jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bazar ertəsi ABŞ "Skripal işinə" görə 60 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı verib.