İsrailin iki qırıcısı İrana girdi

İsrailin iki qırıcısı İrana girdi

29 Mart 2018 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin iki F-35 hərbi təyyarəsi 2018-ci ilin martında İranda əməliyyat keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Küveytin "Əl-Cəridə" qəzeti yayıb.

İsrail təyyarələrinin Suriya və İraqdan keçərək, İran səmasına daxil olduğu iddia edilib. İsrail hərbçiləri daha çox Bəndər Abbas, İsfahan və Şiraz bölgələrində kəşfiyyat fəaliyyəti aparıblar.

Qırıcılar Suriya, İran, hətta Rusiya radarları tərəfindən qeydə alınmayıb.