"Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"

"Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"

29 Mart 2018 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi Bakıda küçə süpürən qadının "KamAz" markalı nəqliyyat vasitəsi tərəfindən vurulması və öldürülməsi ciddi müzakirələrə səbəb olub. Hadisənin ardından isə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin "Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib" deməsi sosial medianı ayaqlandırıb və etirazlara səbəb olub.

Bununla bağlı BiG.AZ-a danışan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bu cür məsuliyyətsiz bəyanatlar həmişə ictimai rəydə qıcıq yaratdığını bildirib:

Deputatlara SƏRT İSMARIŞ: "Hadıların, Musaların... mandatları əlindən alınmalıdır"

"Bu açıqlamaları sıradan biri versəydi bu qədər əhəmiyyət daşımazdı. Deputat mandatını əldə etmiş şəxs bu cür məsuliyyətsiz açıqlama verməsi xalqı bir növ alçaltmaqdan və təhqir etməkdən başqa bir şey deyil. Hesab edirəm bu ictimai rəydə qıcıq yaradacaq. Əlbəttə bu cür bəyanatlar müsbət qarşılamamalıdır. Tənqid edilməlidir. Deputat dünyasını dəyişən insanın ailəsindən bəyanatına görə hətta üzr istəməlidir. Bu cür açıqlama məmurların xalqa olan münasibətinin təzahürüdür. Maraqlısı odur ki, bu cür açıqlamalar verən deputatlar sosial-siyasi məsələlərlə məşğul olanlardır, bu daha acınacaqlıdır. Xalqın sosial rifahını,durumunu qanunvericiliklə tənzimləyən birisi bu cür məsuliyyətsiz açıqlamalar verməsi gülünc səslənir. Hadıların və Musaların bəyanatlarında bu cür sərsəm ifadələri biz dəfələrlə eşitmişik. Bir zamanlar müəllimlərə usta işləyin, pul qazanın deyə fikirlər səsləndirilib. Bütün bunları vətəndaş kimi normal qarşlaya bilmərəm. Bu cür məsuliyyətsiz bəyanatlar verən deputatların mandatı əlindən alınmalıdır".

Ağasəlim Həsənov vurğulayıb ki, xaricilərində bizə tutduğu ən böyük irad qadınların küçə süpürməsi ilə bağlıdır: "Qadınların, uşaqların hüquqları qanunvericilikdə qorunur. Onlar hansı işlərdə işləyə bilər və başqa önəmli məsələlər bütün sivil ölkələrdə qanunla tənzimlənir. Ümumiyyətlə mən qadınlarımızın küçə süpürməsinin əlehinəyəmAzərbaycanlı kişisi kimi küçə süpürən qadın görəndə qüruruma toxunur.Qadınlarımız niyə küçə süpürməlidir. Əgər xanımları hansısa dolnışıq ucbatında hansısa ona yaraşmayan işlərə məcbur edilirsə bu qadına yetərincə dəyər verməməyin göstəricisidir".