Suriyadakı uşaqların gətirilməsi ilə bağlı işlər aparılır

Suriyadakı uşaqların gətirilməsi ilə bağlı işlər aparılır

29 Mart 2018 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyadakı qanunsuz birləşmələrə qoşulan azərbaycanlıların uşaqlarının ölkəyə gətirilməsi ilə bağlı işlər davam etdirilir.

Bunu Dini Qurumlarla üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda bununla əlaqədar işlər aparılır: "Bu işlə bizim komitə deyil, digər qurumlar məşğul olurlar. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Amma bizim komitə də bu işə dəstək verir".

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətə başlayacağı yerin hələlik məlum olmadığını bildirən komitə sədri qeyd edib ki, artıq institutun yaradılması ilə bağlı vəzifələr müəyyənləşdirilib: "Komitə olaraq biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nazirlər Kabinetinin müvafiq şöbələri lazımi tədbirləri həyata keçirib. Artıq tələbə qəbulu şərtləri və ixtisaslar müəyyənləşib. Hələlik institutun fəaliyyət göstərməsi üçün yerin ayrılması məsələsi açıq qalıb. Yaxın vaxtlarda yəqin ki, bu məsələ də öz həllini tapacaq".

M.Qurbanlı bildirib ki, bu il institutun binası məsələsi həll olunsa, dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə qəbul olacaq. (trend)