Ukrayna MSK-nın nümayəndə heyəti seçkiləri izləyəcək

Ukrayna MSK-nın nümayəndə heyəti seçkiləri izləyəcək

29 Mart 2018 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovskinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfər edəcək.

Azadinform Sechki-2018.az saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ukrayna MSK-nın seçki müşahidəçi qrupuna, həmçinin katibliyin rəhbəri Sergey Suyarka və müavini Sergey Dubovik daxildir.

Ukrayna Mərkəzi Seçki Komissiyasının müşahidəçi qrupu aprelin 9-dan 13-dək Azərbaycanda səfərdə olacaq. Qrup aprelin 11-də bir neçə məntəqədə səsvermə prosesini izləyəcək.