ABŞ dövlət departamenti: “Rusiya bədheybətdir”

ABŞ dövlət departamenti: “Rusiya bədheybətdir”

28 Mart 2018 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert Rusiya barədə yeni bəyanat səsləndirib.

"Ölkə.Az" xəbər verir ki, bəyanata əsasən, Vaşinqton Konqres seçkilərinə Rusiyanın müdaxiləsindən narahatdır. Seçkilər noyabr ayında keçiriləcək.

Hizerin sözlərinə görə, Rusiyanın "uzun əlləri" var və rəsmi nümayəndə bu əlləri dəniz dərinliyindəki səkkizayaqlı ilbizlə müqayisə edib.

"Biz deyə bilmərik ki, ABŞ-dakı seçkilərin nəticələri təhlükəsiz olacaq. Rusiyanın əlləri uzundur. Ehtimal edirik ki, Rusiya maraqlarımıza müdaxilə edəcək.

Çünki Rusiya bir sıra ölkələrdə keçirilən seçkilərə müdaxilə edib", - deyə Nauert qeyd edib.