Azərbaycan-İran münasibətləri müzakirə ediləcək

Azərbaycan-İran münasibətləri müzakirə ediləcək

28 Mart 2018 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

H.Ruhanini Azərbaycanın rəsmi şəxsləri və Bakıdakı İran diplomatları qarşılayıb.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İran nümayəndə heyəti Neftçalada maşınqayırma zavodunun açılışında iştirak edəcək.