Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə ediləcək

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə ediləcək

28 Mart 2018 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Mediainfo.az saytına Müdafiə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Z.Həsənovun martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.