Afrin əməliyyatının başladığı gün ABŞ İncirliyi boşaldıb

Afrin əməliyyatının başladığı gün ABŞ İncirliyi boşaldıb

28 Mart 2018 10:03
141
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ "Zeytun budağı" hərəkatının başladığı gün – 20 yanvar 2018-ci il tarixində Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə və Suriyadakı PKK-çılara dəstək verən İncirlik hərbi bazasını boşaldıb.

Yanvarın 19-da gecə radələrində bazadakı F-16, F-15 və A-10 qırıcıları çıxarılıb.

ABŞ ordusunun İncirlikdə sadəcə pilotsuz təyyarəsi və 3 helikopteri qalıb. Türk Hava Qüvvələrinin sabiq generalı Bəyazid Qaradaşın verdiyi məlumata görə, Pentaqonun İncirliyə göndərəcəyi 12 ədəd A-10 tipli bombardman təyyarəsi Afqanıstan-Kandahar bazasına yönləndirilib.

ABŞ bu addımı "Suriyada İŞİD terror təşkilatı ilə mübarizə 98% bitdiyi üçün təyyarələr Əfqanıstana göndərilib" bəhanəsilə atıb. Sabiq general bidirib ki, təyyarələrin başqa bazaya göndərilməsi və İncirliyin boşaldılması "PKK terror təşkilatına qarşı mübarizədə yoxuq" mesajı verir: "Vaşinqton terror təşkilatları arasında ikili standart tətbiq etdiyini bir daha göstərdi. Hazırda İncirlikdə Amerikaya aid yalnız yük, yanacaq və kəşfiyyat təyyarələri qalıb. Türkiyə isə "Zeytun budağı" hərəkatının başlaması ilə birlikdə 1 F-16 təyyarəsini İncirliyə göndərib.

Ancaq İncirlikdə hələ də 50 nüvə bombası var. Bu bombalar bazanın liftli yeraltı depolarında mühafizə edilir. ABŞ ordusunun təlim görüntülərində F-15 və F-16 qırıcıları ilə nüvə bombasının sınaqlarının aparıldığı göstərilir".Publika.az