Daha bir ölkə Rusiyaya qarşı çıxdı

Daha bir ölkə Rusiyaya qarşı çıxdı

27 Mart 2018 16:30
Bəyəndim (0) Bəyənmədim (0)

İrlandiya "Skripal işi" ilə əlaqədar Rusiyanın bu ölkədəki diplomatını ölkədən çıxaracaq.

Bu barədə ölkənin Nazirlər Kabinetiqərar verib.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra BöyükBritaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.Azvision.az