Suriyanın Tel Rıfat şəhərinin sakinləri Türkiyədən kömək istəyib

Suriyanın Tel Rıfat şəhərinin sakinləri Türkiyədən kömək istəyib

25 Mart 2018 08:07
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Tel Rıfat şəhərinin sakinləri və bir qrup ASO üzvü Türkiyə ordusuna çağırış edib.

Tel-rıfatlılar Siccu-Azez yolunu bağlayaraq nümayiş keçiriblər və öz torpaqlarının terrorçulardan təmizlənməsi üçün Türkiyədən kömək istəyiblər.

Onlar "Zeytun budağı" əməliyyatının əhatə dairəsinin genişlənməsinin vacib olduğunu bildiriblər.

Qeyd edək ki, Afrindən qaçan bir qrup PKK-çı Tel Rıfata yerləşdikdən sonra terrorçular burada daha da möhkəmləniblər.Axar.az