Afrinin bütün kəndləri nəzarətə götürüldü - Türkiyə açıqladı

Afrinin bütün kəndləri nəzarətə götürüldü - Türkiyə açıqladı

24 Mart 2018 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Afrin şəhərindəki bütün kəndlər tamamilə Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun nəzarətinə keçib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. TSQ-nin yaydığı digər məlumata görə isə, "Zeytun budağı" hərəkatı çərçivəsində bu günə qədər öldürülən terrorçu sayı 3733-ə yüksəlib.

Belə ki, martın 17-dən 23-nə kimi Diyarbəkir, Şırnak, Bitlis, Bingöl və İraqın şimalında keçirilən əməliyyatlarda 91 terrorçu zərərsizləşdirilib.