Jirinovski: “Azərbaycan Rusiyaya birləşəcək...”

Jirinovski: “Azərbaycan Rusiyaya birləşəcək...”

24 Mart 2018 08:02
177
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Jirinovski vida nitqi ilə 200 minlik kütlənin qarşısında çıxış etməyə hazırlaşır.

Moderator.az iz.ru saytına istinadən xəbər verir ki, LDPR –in lideri Rusiyaya rəhbərlik edəcəyi və 2036-cı ildə siyasətdən gedəcəyini elan edib. Belə bir bəyanat Vladimir Jirinovskinin dərc olunmuş "vida nitqi"ndə yer alıb. Telegram - kanalda yayımlanan nitqini siyasətçi " VVJ-nin ( Vladimir Volfoviç Jirinovski) getməsinin həsrətində olan" jurnalistlərə həsr edib.

Prezidentliyə eks-namizəd gələcəkdə Rusiya Ali hakimiyyəti vəzifəsini tutacağını və 2036-cı ildə siyasətdən gedəcəyini elan edib. Vida nitqi ilə o Qırmızı meydanda, 200 minlik kütlənin qarşısında çıxış etməyə hazırlaşır.

Jirinovski gələcəkdə Rusiyada yalnız hakimiyyət institutlarının deyil, həm də dövlət sərhədlərinin dəyişəcəyi barədə özünün irimiqyaslı proqnozları ilə məşhurdur. Siyasətçinin proqnozlarına görə gələcəkdə Tacikistan və Azərbaycan Rusiyaya birləşəcək.

"Nəhayət, jurnalistlərin məqalə və reportajlar yazmağa pis bəhanlərdən çox yaxşı bəhanələri var.Və bütün gələcək nəsil daha yaxşı və rahat yaşayacaq, çünki bizim yaxşı ölkəmiz var" - Jirinovski "demokratiya erasının" – başlanması ilə bağlı gələcəyin rusiyalılarına səslənib.