Eks-prezidentə qarşı ittiham irəli sürüldü

Eks-prezidentə qarşı ittiham irəli sürüldü

22 Mart 2018 07:10
Bəyəndim (0) Bəyənmədim (0)

İstintaq orqanları tərəfindən Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, bu barədə "Le Monde" xəbər verib.

Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozi polis nəzarəti altında qalacaq.

Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.