Türkiyə ABŞ-la Mənbic üzrə razılığa gələ bilmədi

Türkiyə ABŞ-la Mənbic üzrə razılığa gələ bilmədi

21 Mart 2018 07:28
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Türkiyə Suriyanın Mənbic şəhərindəki vəziyyətlə bağlı razılığa gələ bilməyiblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

"Razılaşmaya nail olunmayıb", - deyə X.Nauert jurnalistlərə bildirib.

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.