Ərdoğandan ABŞ-ın Afrin bəyanatına – Sərt cavab

Ərdoğandan ABŞ-ın Afrin bəyanatına – Sərt cavab

20 Mart 2018 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika bəyanat verir ki, Afrindən qayğılıyıq. Biz qayğılarımızı sizə çatdıranda harada idiniz?

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət Departamenti və Pentaqon sözçülərinin Suriyanın Afrin bölgəsindəki durumla bağlı narahatlıq keçirdikləri barədə bəyanatlarına münasibət bildirərkən söyləyib.

"Terror təşkilatlarını təmizləyək" deyəndə harada idiniz? PYD, YPG məsələlərini ordumuz və ASO-nun necə həll etdiyi ortadadır. "Türkiyə strateji ortağımızdır" deyib, sonra terrorçularla əlaqə qurursunuz. Bizim ortağımızsansa, bizimlə bir yerdə addımlamalısan. Suriyaya 5 min TIR silah yerləşdirmisiniz. Bütün silahlar yavaş-yavaş əlimizə keçir", - deyə o bildirib.