Qəddafinin oğlu prezidentliyə namizəd oldu

Qəddafinin oğlu prezidentliyə namizəd oldu

20 Mart 2018 08:44
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın keçmiş prezidenti Muammar Qəddafinin oğlu Seyf əl-İslam prezidentliyə namizədliyi irəli sürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tunisin paytaxtında onun nümayəndəsi Ayman Buras bildirib.

Daha əvvəl Milli Razılıq Hökumətinin XİN rəhbəri Tahir Siyala 2018-ci ildə Liviyada prezident seçkilərinin keçirilə biləcəyini söyləyib.

Qeyd edək ki, ötən yay "Abu Bəkr as-Siddik" silahlı qruplaşması 6 il əsir saxlanıldığı Seyf əl-İslamı azadlığa buraxıb. Hazırda onun harda olduğu barədə heç bir məlumat yoxdur.