Mey Rusiyaya hədə-qorxu gəldi: Daşınızı daş üstündə qoymarıq

Mey Rusiyaya hədə-qorxu gəldi: Daşınızı daş üstündə qoymarıq

18 Mart 2018 08:39
144
Bəyəndim (0) Bəyənmədim (0)

23 britaniyalı diplomatın Rusiyadan çıxarılmasına cavab olaraq Böyük Britaniya və müttəfiq ölkələr bu ölkəyə qarşı yeni addımlar nəzərdən keçirəcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

"Rusiyanın Britaniya ərazisində britaniyalıların və digər vətəndaşların həyatına təhlükə yaratmağa imkan verməyəcəyik. Bütün dünyada üzrə dostlarımız və müttəfiqlərimiz bizə hərtərəfli dəstək verir", - deyə Mey qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atıb.

Rusiya Britaniyanın 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkədən çıxmaq üçün diplomatlara bir həftə vaxt verilib. Qərar açıqlanmazdan bir neçə saat öncə isə, Britaniyanın Rusiyadakı səfiri Lauri Bristou xarici işlər nazirliyinə çağırılıb.