Afrini su və işıqla təmin edən anbar ələ keçirildi

Afrini su və işıqla təmin edən anbar ələ keçirildi

17 Mart 2018 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO/) birgə əməliyyatı nəticəsində daha bir strateji bölgə terrorçulardan azad edilib.

Afrini su və elektriklə təmin edən Meydanki anbarının yerləşdiyi eyniadlı qəsəbədə şiddətli atışma baş verib.

Böyük qüvvə ilə qəsəbəni mühasirəyə alan TSQ və ASO terrorçuylara ağır zərbə vurub. Səhər saatlarından etibarən başlayan atışma nəticəsində qəsəbə axşam saatlarında azad edilib. Qəsəbəki anbar da ələ keçirilib.

Hazırda şəhər mərkəzinə doğru irəliləyiş davam edir. Qafqazinfo