Şok: Conson rus səfirin uzanan əlini sıxmadı

Şok: Conson rus səfirin uzanan əlini sıxmadı

17 Mart 2018 09:04
190
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Xarici İşlər naziri Boris Conson az öncə keçirilən rəsmi qəbulda Rusiyanın bu ölkədəki səfiri Aleksandr Yakovenkonun əlini sıxmaqdan imtina edib.

Bu barədə səfir özü danışıb. Yakovenko insidentə çox soyuqqanlı reaksiya verdiyini və nazirlə istənilən məsələnin müzakirəsinə hazır olduğunu bildirib.

"Səfirin XİN-ə çağırılması zamanı müəyyən protokol qaydalar mövcuddur. Əlbəttə, Conson bütün görünüşü ilə Rusiya siyasətinə etirazını nümayiş etdirirdi. O, mənə arzulanmayan məqamları danışmalı idi, səfir əl görüşməməyi haqq etmir axı", - Yakovenko bildirib.

Buna baxmayaraq, olayı çox sakit qarşıladığını deyən səfir onun üçün vacib məqamın hətta bu cür naqolay vəziyyətdə belə danışmaq və onu narahat edən sualları nazirə ünvanlamaq olduğunu xatırladıb:

"Consondan Rusiyaya qarşı kiberzərbə barədə parlamentin bəyanatı və təhdidinə necə yanaşmaq lazım gəldiyini soruşdum. O isə mənə heç bir cavab vermədi. Mənə dedilər ki, cənab səfir, siz, görünür, düzgün anlamamısınız".

Qeyd edək ki, Böyük Britaniya ilə Rusiya arasında münasibətlər Rusiya Hərbi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skripal və onun qızının zəhərlənməsi olayından sonra kəskin pisləşib.Axar.az