Prezident əmr verdi: Ordu hücuma hazırlaşır

Prezident əmr verdi: Ordu hücuma hazırlaşır

17 Mart 2018 08:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Poroşenko Donbasda antiterror əməliyyatlarının başa çatdığını açıqlayıb.

Prezident Poroşenko televiziya ilə yayımlanan brifinqində artıq "Birləşmiş Qüvvələr əməliyyatı"nın başladığını elan edib.

"Biz bu əməliyyatın formatını dəyişirik. Artıq əməliyyata rəhbərlik Ukrayna Silahlı Qüvvələrinə keçir və Birləşmiş Qüvvələr əməliyyatı başlayır", - Poroşenko deyib.

O, Birləşmiş Qüvvələrə general-leytenant Sergey Nayevin rəhbərlik edəcəyini açıqlayıb.

"Komandanlığa təkcə müdafiə tədbirləri ilə yox, həm də Kiyevin nəzarətində olmayan ərazilərimizi azad etmək Ukrayna Silahlı Qüvvələrini hazırlamaq əmri verildi", - prezident deyib.(axar.az)