Metroda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb

Metroda 85 yaşlı qadın qatar relsinin üzərinə yıxılıb

16 Mart 2018 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı metrosunda 85 yaşlı sərnişin ehtiyatsızlıqdan qatar relsinin üzərinə yıxılıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, relslərin üzərinə yıxılan sərnişin 85 yaşlı Sürayyə Söhbət qızı Məmmədova olub: "Belə ki, həmin sərnişin "İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun ilk qapısından düşərkən yanlışlıqla sola dönüb stansiyadan çıxmaq əvəzinə, sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Əməkdaşlarımız dərhal xətdəki gərginliyi söndürərək yaşlı qadını stansiya yolundan çıxarıb. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, hər ehtimala qarşı təcili tibbi yardım çağırılıb. Məlumatları da həmin sərnişinin özü danışıb".

N.Paşayev qeyd edib ki, hadisə zamanı xətdə, ümumilikdə, 3 dəqiqə gecikmə yaranıb.