Cənubi Osetiyanın Ali Məhkəməsi prezident seçkilərinin nəticələrini etibarsız hesab etdi

Cənubi Osetiyanın Ali Məhkəməsi prezident seçkilərinin nəticələrini etibarsız hesab etdi

29 Noyabr 2011 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Osetiyanın separatçı rejiminin Ali Məhkəməsi 27 noyabrda keçirilən prezident seçkilərinin nəticələrini etibarsız hesab etməklə "Birlik" partiyasının şikayətini təmin etmiş oldu. Əsas kimi prezidentliyə namizəd Alla Cioyevanın tərəfdarlarının qanuna zidd hərəkətlər törətdiyi göstərildi. İtar-Tass xəbər agentliyinin məlumatına görə, parlament gün ərzində yeni seçkilərin tarixini müəyyən etməlidir.

Müxalifətdən olan namizəd Alla Cioyeva "Эхо Москвы" radiosuna müsahibəsində bildirib ki, məhkəmənin qərarını tanımayacaq. O, mövcud qərarın hakimiyyətdə olan Anatoliy Bibilovun xeyrinə çıxarıldığını bildirib.

O.M.