Müdafiə naziri cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub - VİDEO

Müdafiə naziri cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub - VİDEO

16 Mart 2018 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.

Medianfo.az saytına Müdafiə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.