Conson: Rusiya ilə bağlı danılmaz faktlara sahibik

Conson: Rusiya ilə bağlı danılmaz faktlara sahibik

15 Mart 2018 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsində Rusiyanın əlinin olmasıyla bağlı danılmaz faktlara sahibik.

Bunu BBC-yə müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.

"Rusiyanın əlinin olmasıyla bağlı əldə etdiyimiz faktlar danılmazdır. Rusiyanın bizə verdiyi cavab onun əsas günahkar olmasını təsdiq edir", – deyə o bildirib.Axar.az