“Azərbaycanda demokratik seçki ənənələri var”

“Azərbaycanda demokratik seçki ənənələri var”

15 Mart 2018 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda seçkiöncəsi vəziyyət sabitdir, heç bir gərginlik gözlənilmir. Düşünürəm ki, seçki prosesi məhz belə sabit məcrada davam edəcək".

Azadinform xəbər verir ki, bunu sechki-2018.az saytına açıqlamasında ukraynalı siyasi ekspert Aleksey Voronenko bildirib. O qeyd edib ki, Azərbaycanda demokratik seçki ənənələri var: "Mükəmməl seçki qanunvericiliyi formalaşıb. Ölkədə ictimai-siyasi sabitlik hökm sürür. Məhz bu amillərə görə, seçki prosesi öz axarı ilə davam edir".