Britaniya Rusiyanın təklifini blokladı

Britaniya Rusiyanın təklifini blokladı

15 Mart 2018 10:04
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın BMT Təhlükəsizlik Şurasına təklif etdiyi layihəni bloklayıb.

Bu barədə Rusiyanın BMT-dəki nümayəndəliyinin təmsilçisi Fyodor Strjijovski danışıb.

Onun sözlərinə görə, Britaniya nümayəndə heyətinin təklif etdiyi dəyişikliklər BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı birliyini qorumaq üçün nəzərdə tutulan sənədin mənasını təhrif edib.

Qeyd edək ki, ötən gün Britaniyanın tələbi ilə BMT TŞ-də insident müzakirə olunub. Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Culian Breytueyt Moskvanı Sergey Skripalı zəhərləməklə BMT nizamnaməsinin 2-ci bəndini pozmaqda ittiham edib.

"Bu, adi cinayət deyil, beynəlxalq qanunun pozulmasıdır. Rusiya "Noviçok" iflicedici zəhəri hazırlamaqla həmçinin kimyəvi silahların qadağan olunması haqqında konvensiyanı da pozub. Rusiya 2017-ci ilin sentyabrında kimyəvi silahların bütün ehtiyatlarının ləğv edilməsini bəyan etmişdi. Bu, konvensiyanın tələbindən 10 il gec baş tutdu. Rusiya bizə "Noviçok" haqqında heç bir məlumat verməmişdi. Bizə həmçinin Skripalın zəhərlənməsi ilə də bağlı heç bir tutarlı açıqlama verilməyib. Artıq təxmin edə bilərik ki, Rusiya özünün sinir iflicedici vasitəsinə nəzarətini itirib", – deyə o bildirib.

Fransa XİN rəhbəri Britaniyanın cavab tədbirlərini dəstəklədiyini və Londonla birgə addım atmağa hazır olduğunu açıqlayıb.

Rusiya isə bütün ittihamları rədd edib.